Əfqanıstanda yeni böhran: Hökumət pasport verə bilmir

saytların hazırlanması

Evə çatdırılma

Əfqanıstanda yeni böhran: Hökumət pasport verə bilmir

Dünya

16 Noyabr 2021 15:48 695


Oktyabrın 7-dən pasportları paylamağa başlayan Taliban Kabildə prosesi dayandırıb.

Yenisabah.az xəbər verir ki, bu işi həyata keçirən qurumun rəhbəri Alem Gül Hakkani mətbuata verdiyi açıqlamada, pasportların paylanmasının texniki problemlərə görə dayandırıldığını bildirib.

Problemlər həll edildikdən sonra pasportların paylanmasına yenidən başlanacağını, Kabildəki Pasportlar Baş İdarəsi üçün yeni avadanlıqların veriləcəyini də bildirib. Dördpendirli pizza

Hakkani pasportların paylanmasının yalnız Kabildə dayandırıldığını, digər 6 əyalətdə isə paylamanın davam etdiyini söyləyib.

Qeyd edək ki, Əfqanıstanda Talibanın hökmranlığından sonra uzun müddət bağlanan Pasport Baş İdarəsi oktyabrın 7-də açılıb. 

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!