“Əgər biz Türkiyəni qarant dövlət kimi irəli sürsək...” 

saytların hazırlanması

Evə çatdırılma

“Əgər biz Türkiyəni qarant dövlət kimi irəli sürsək...” 

Siyasət

13 Aprel 2022 12:34 825


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə heyətinin sədri Fərid Şəfiyevin “Yeni Sabah”a müsahibəsi:

- Bildiyiniz kimi, Brüssel görüşündən sonra Xarici İşlər Nazirliklərinə tapşırıldı ki, sülh müqaviləsi hazırlansın. Sizcə, bu müqaviləni bir aya tamamlamaq mümkündür?

- Yox. Mən bilən bu, daha uzun prosesdir və orada möhlət göstərilməyib. Orada sadəcə ayın axırına qədər komissiyanın yaradılması məsələsi ətrafında qərar qəbul edilib. Sülh sazişinin ayın axırına qədər imzalanması məsələsi orada yoxdur. Toyuqlu pizza

- Bu müqavilədə əks olunan əsas müddəalar nə olacaq?

- Əsas müddəalar bizim irəli sürdüyümüz 5 maddə üzərində ola bilər. Amma təbii ki, sülh sazişi 5 maddədən ibarət olmayacaq, daha geniş olacaq. Lakin təqdim etdiyimiz prinsiplər çox güman ki, orada öz əksini tapacaq. Qalan məsələləri isə daha çox hüquqşünaslar izah etməlidir.

- Azərbaycan və Ermənistan tərəfindən razılaşdırılmayan bəndlər sonraya saxlanıla, ilk növbədə, prelimnar sülh sazişi imzalana bilərmi?

- Mübahisəli məsələlər ola bilsin ki, ortaya çıxsın, amma burada yenə deyirəm ən əsas prinsiplər bizim irəli sürdüyümüz 5 maddəlik prinsiplərdir. Təbii ki, onlar öz əksini tapmalıdır. Ümumiyyətlə, müəyyən təcrübələr var ki, bu səpkili sazişləri ölkələr imzalayıblar. Hətta İkinci Dünya müharibəsindən sonra da bu olub. Müxtəlif sənədlər var və ona görə də bizim üçün əsas olan məsələ ərazi bütövlüyüdür. Ondan irəli gələn digər məsələlər də var. Gələcəkdə ərazi iddialarının irəli sürülməməsi və s.

- Rusiya-Ukrayna müharibəsi çərçivəsində həyata keçirilən danışıqlarda bir sıra qarant dövlətlər var. Ermənistan-Azərbaycan məsələsində də hansısa dövlətlər qarant ola bilərmi?

- Mən bilən bizdə bu olmayacaq. Əgər Türkiyəni biz qarant dövlət kimi irəli sürsək, çox güman ki, bu, olacaq, o zaman Ermənistan da Rusiyanı və Fransanı qarant dövlətlər kimi irəli sürə bilər. Nə dərəcədə bu baş verə bilər, qəlizdir. Ona görə də o birilərini biz qəbul etmiriksə, onda Türkiyəni də qarant dövlət kimi təqdim etməyimiz düzgün olmaz.

Burada söhbət bilirsiniz nədən getməlidir? Bəli, saziş imzalanıb və biz gələcəkdə təhlükəsizlik sistemi yaratmaq barəsində fikirləşməliyik.

İkinci Dünya müharibəsindən sonra müəyyən bir sistem yaradıldı və bu Soyuq müharibənin özündə əks olunurdu. Yəni Kommunist və Qərb sistemi. 

İndi bizdə yanaşma ayrı cürdür. Biz istəyirik regionda sülh və sabitlik olsun. Onsuz da Rusiya və digər dövlətlər də olsa, onların maraqları burada əks olunmalıdır. Eyni zamanda burada Avropa İttifaqı da fəal iştirak edir. Faktiki olaraq buna Brüsseldən təkan verildi. Ona görə də sistem yaratmaq lazımdır. 

Sistem nədən ibarət ola bilər? Bəli, Şuşa Bəyannaməsi bu sistemin bir məntiqidir. Ermənistan da burada hansısa ölkələri cəlb etmək istəyəcək ki, hər hansı bir oyunçu olsun. Amma bunu sülh sazişinə daxil etmək hesab edirəm ki, mümkünsüzdür. Çünki bu, işləməyəcək. Onlar Rusiya və Fransanı daxil edəcəklərsə, bu da bizim üçün məqbul olmayacaq.

- Müqavilənin imzalanması harada baş verə bilər: Rusiya, İran, Gürcüstan,  Türkiyə…

- İranda inanmıram olsun. Rusiyada da indiki şəraitdə mümkün olmayacaq. Ola bilsin ki, bu, Gürcüstanda baş tutsun. Amma mənim fikrimcə, bu, elə Brüsseldə də baş tuta bilər.

Rafi MÜSLÜMOV
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!