“Əhalini aldadaraq aparırlar, guya konsert keçirilir“ – Partiya üzvündən ittiham - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Əhalini aldadaraq aparırlar, guya konsert keçirilir“ – Partiya üzvündən ittiham - Foto

Dünya

16 Dekabr 2019 12:15 1377


"Əhalini aldadaraq aparırlar, guya Tbilisidə konsert keçirilir".

“Yeni Sabah” xəbər verir ki, "Marneuli" radiosuna bu bəyanatı Avropalı Gürcüstanın Partiyasının Marneuli ofisinin rəhbəri Əhməd İmamquliyev verib.

O, Tbilisidə hakim Gürcü Arzusu Partiyası tərəfindın keçirilən tədbirə rəy bildirərkən deyib ki, tədbirə bir çox regionlardan dövlət məmurları aparılıb. Ə. İmamquliyev deyir ki, Marneuli də istisna deyil. Marneuli meriyasının qarşısına onlarla nəqliyyat vasitəsi toplaşıb. pizza sifarişi

"Əsasən dövlət məmurları, məktəb və bağça müəllimləri, yuxarı sinif şagirdləri toplaşıblar. Eyni zamanda sadə vətəndaşları aldadaraq Tbilisiyə aparırlar ki, guya konsert keçirilir. Əslində isə Gürcü arzusu bununla nə qədər dəstəkçisinin olduğunu göstərmək istəyir. Biz yaxşı bilirik ki, bu adamları məcbur edib aparırlar", - deyən Əhməd İmamquliyev qeyd edir ki, bəzi kəndlərdə Gürcü Arzusunun fəalları Tbilisiyə getmək qarşılığında pul da paylayıblar.

Daha bir müxalifətçi Aqil Mustafayev Marneulidə çəkilmiş fotoları paylaşıb və orada görünür ki, səfərbər edilmiş nəqliyyat və əhali görsənir.

Qeyd edək ki, Gürcü Arzusunun tədbiri 14 dekabr saat 14:00-da Tbilisidə, Gürcüstanın Avropa Şurasının nazirlər komitəsinin rəhbərliyinin qeyd edilməsi həftəsi çərçivəsində keçirilib.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!