Əhalinin NƏZƏRİNƏ! - Bunu edənlər 50 manat cərimələnəcəklər

Əhalinin NƏZƏRİNƏ! - Bunu edənlər 50 manat cərimələnəcəklər

Sosial Veb saytların hazırlanması

10 Dekabr 2023 22:15 2795


Tullantıları zibil qutularından kənara atanları cərimə gözləyir.

Yenisabah.az Xezerxeber.az-a istinadən xəbər verir ki, məişət tullantılarının zibil qutularına atılmaması antisanitar vəziyyət yaradır.

Bu da həm insan sağlamlığına, həm də ətraf mühitə ciddi zərər vurur.

Ötən gün Qubada da tullantıları tutumlardan kənara atan şəxslər aşkarlanıb. Keçirilən tədbirlər zamanı məişət tullantılarını xüsusi ayrılmış tutumlardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub. Onlarla profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.

Bəs şəhərlərdə və digər yaşayış məntəqələrində tullantılar zibil qutularına deyil, kənara atıldıqda hansı tədbirlər görülür?

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, "İstehsalat və məişət tullantıları haqqında" qanunun 12-ci maddəsinə görə zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara atılmalıdır.

Polis əməkdaşları da ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirirlər.

Nurlan Əliyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!