Əhaliyə 2,1 milyard manatlıq benzin və dizel satılıb

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə 2,1 milyard manatlıq benzin və dizel satılıb

İqtisadiyyat

12 Avqust 2025 15:56 267


Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 101,6 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Yenisabah.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayları ilə müqayisədə 6,8 % çoxdur.

Ötən 6 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub. pizza mizza

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,1 milyard manatlıq, o cümlədən 19,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!