Əhaliyə XƏBƏRDARLIQ edildi:   Yanvarın 11-12-də... - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə XƏBƏRDARLIQ edildi: Yanvarın 11-12-də... - RƏSMİ

Sosial

10 Yanvar 2026 16:56 23588


Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə yanvarın 11-12-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qobustan, Xızı, Qusar, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Marqarita pizza

Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Mingəçevir, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Ağsu, İsmayıllı, Şabran, Xaçmaz, Quba, Siyəzən, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Gəncə, Gədəbəy, Göygöl, Naftalan, Samux, Goranboy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!