Ehtiyata buraxılmış hərbi vəzifəlilər qarşılandı

saytların hazırlanması

Evə çatdırılma

Ehtiyata buraxılmış hərbi vəzifəlilər qarşılandı

Sosial

16 Aprel 2019 22:36 1711


Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, respublikamızın şəhər və rayonlarında müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimləri keçirilir. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli idarə, şöbə və bölmələrinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin, hüquq mühafizə orqanlarının,  ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, veteranlar, valideynlər, məktəblilər və həqiqi hərbi xidmətə çağırış yaşlı gənclər  iştirak edirlər. Növbəti belə tədbirlər Şuşa, Cəbrayıl və Daşkəsən rayonlarından olan müddətli həqiqi hərbi xidməti başa vurmuş gənclərlə təşkil olunub. 

Şuşa və Cəbrayıldan olan müddətli həqiqi hərbi xidməti başa vurmuş gənclərlə keçirilən görüşdə çıxış edən Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram  Səfərov və Cəbrayıl rayon icra hakimiyyəti başçısının birinci müavini Arif  Fərzəliyev ehtiyata buraxılmış hərbi vəzifəliləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyiblər. Marqarita pizza

SHXÇDX-nin Şuşa rayon bölməsinin rəisi, polkovnik-leytenant Anar Əliyev və  Cəbrayıl rayon bölməsinin rəisi, polkovnik-leytenant Anar Rəhimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında daim güclənən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hər bir gəncin qürur hissi keçirdiyini diqqətə çatdırıblar. Qeyd ediblər ki, son illərdə qazanılan mühüm nailiyyətlər, xüsusilə 3 il öncə qazanılan Aprel zəfəri cəmiyyətdə vətənpərvərlik hisslərinin daha da yüksəlməsinə səbəb olub. 

Daşkəsəndə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu prosesindən söz açıb, gəncləri hərbi xidmət keçmələri münasibətilə təbrik edib. Diqqətə çatdırıb ki, bu gün Azərbaycan ordusunun döyüş ruhu çox yüksəkdir.

Xidmətin rayon bölməsinin rəisi, mayor Aqşin Xancanov bildirib ki, vətənpərvər ruhda yetişən gənclərimiz həqiqi hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanır və nümunəvi xidmətləri ilə fərqlənirlər. Gündən-günə inkişaf edən, möhkəmlənən Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etməyə hər an hazırdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!