“Ehtiyatda oturaraq pul qazanmaq mənlik deyil” – Beqoviç iddialı danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Ehtiyatda oturaraq pul qazanmaq mənlik deyil” – Beqoviç iddialı danışdı

İdman

11 Sentyabr 2019 12:47 1174


“Qarabağ” bir ailəyə bənzəyir. Şəhər də olduqca gözəldir. Buraya keçidim mənim həyatımda gözəl yaşantı olacaq”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri “Qarabağ”ın yaxın günlərdə İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”dan icarə əsasında aldığı qapıçısı Asmir Beqoviç “sportsport.ba” saytına açıqlamasında deyib.

O, Ağdam klubuna keçdindən danışıb, təəssüratlarını bölüşüb: Toyuqlu pizza

“Buraya keçməzdən öncə bir neçə təkliflərim var idi. Lakin “Qarabağ”a keçməyi qərara aldım. Çoxları mənə “Bornmut”da qalmağı və ehtiyyatda qalıb pul qazanmağı təklif edirdi. Lakin ehtiyatda qalıb pul qazanmaq mənlik deyil. Onların sürətli və intizamlı oyunu var. Hər zaman çempionluğa oynayan və davamlı olaraq Avroliqada mübarizə aparan bir klubdur. Eyni zamanda o köklü ənənələrə sahibdir”. 

Bosniyalı əlcək sahibi Ağdam klubunun Avroliqada şanslarını da dəyərləndirib:

“Çalışacağam ki, onların ümidini doğruldum. Qrupda “Sevilya”, “Dudelanj” APOEL kimi ciddi rəqiblər var. Düşünürəm ki, onlarla bacara bilərik, amma oyunlar asan keçməyəcək. APOEL-in “Ayaks”la necə mübarizə apardığının hamımız şahidi olduq”. 

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!