Ekologiyaya dəstək məqsədilə layihə həyata keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Ekologiyaya dəstək məqsədilə layihə həyata keçirilib

Sosial

22 Fevral 2019 15:33 1072


Gənclər Fondunun maliyyə dəstəyi və Gəncə Dövlət Universitetinin təşkilati dəstəyi ilə həyata keçirilən “Təbiət Mənim Evim” layihəsi baş tutub.

“Yeni Sabah” xəbər verir ki, layihənin əsas məqsədi gənclərin ekoloji biliklərini və təşəbbüskarlıqlarını artırmaq, həmçinin komanda kimi ekologiyaya faydalı olmağa çağırmaq idi. 

Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Orxan Salmanovun rəhbəri olduğu “Təbiət Mənim Evim” layihəsi 19-20 fevral tarixlərində olmaqla Gəncə Dövlət Universitetində baş tutub. İki gün davam edən layihədə  iştirakçılar ekoloji təşəbbüskarlıq və komanda quruculuğu təlimlərində iştirak ediblər. Həmçinin layihədə əvvəlcədən hazırlanmış videoçarx  gənclərə nümayiş olunub. Layihə iştirakçıları sonda sertifikatla təltif ediliblər. İki gün ərzində layihədə 200 yaxın tələbə iştirak edib. Dördpendirli pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!