Eks-həmsədr erməni vandalizmi haqda: “Bu, nifrət əlaməti idi“

saytların hazırlanması

Evə çatdırılma

Eks-həmsədr erməni vandalizmi haqda: “Bu, nifrət əlaməti idi“

Siyasət

15 Aprel 2022 11:25 615


"Bu, mənə təkcə vandalizm deyil, həm də nifrət kimi görünürdü".

Yenisabah.az xəbər verir ki, bunu ATƏT-in ABŞ-dan olan həmsədri Riçard Hoqland
bildirib.

"Facebook"da Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki dağıntılarla bağlı post şərh yazan R. Hoqland qeyd edib:

"2017-ci ildə ABŞ-ın Minsk Qrupunun həmsədri kimi Qarabağa ilk səfərə çıxanda sadə fermer evləri və kəndlərin tamamilə dağıdılması məni şoka salmışdı. Bu, mənə təkcə vandalizm deyil, həm də nifrət əlaməti kimi görünürdü". Dördpendirli pizza

Qarabağ ərazisində erməni vandalizminin milli nifrətdən irəli gəldiyini etiraf edən amerikalı diplomat 2017-ci ildə Minsk qrupunun həmsədri olub. O dövrdə digər həmsədrlər - Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) idi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!