Müharibə dövründə Ermənistanın xarici siyasət idarəsinə rəhbərlik etmiş Zöhrab Mnatsakanyan Ermənistan Milli Məclisinin 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının bu gün keçirilən iclasına dəvət olunub.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, sabiq nazirin iclasda çıxışı gözlənilir.
Qeyd edək ki, Zöhrab Mnatsakanyan 2018-ci il mayın 12-də Ermənistanın xarici işlər naziri təyin edilib. O, 2020-ci il noyabrın 16-da isə vəzifəsindən azad edilib. Sabiq naziri həmin vəzifədə Ara Ayvazyan əvəzləyib. Toyuqlu pizza
Telegram kanalımız