Əksər ermənilər Türkiyə ilə yaxşı münasibətlərin qurulması tərəfdarıdır

saytların hazırlanması

Evə çatdırılma

Əksər ermənilər Türkiyə ilə yaxşı münasibətlərin qurulması tərəfdarıdır

Rəsmi

09 Avqust 2023 10:45 2233


“Ermənistanda yoxsulluq həddində yaşayan 3 milyonluq erməni əhalisinin əksəriyyəti Türkiyə ilə yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır”.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti yazı dərc edib.

Məqalədə qeyd edilib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə ilə diplomatik məsələləri “mehriban qonşuluq münasibətləri” əsasında həll etmək istəyi ABŞ və digər ölkələrdə yaşayan ermənilər tərəfindən sərt qarşılanır. Toyuqlu pizza

Müəllif hesab edir ki, erməni diaspora hər vəchlə buna qarşı çıxır, erməni lobbisinin dərdi ermənilərin qayğısına qalmaq deyil, imperialist güclərin maraqlarına xidmət etməkdir:

“Ancaq hiss olunur ki, Ermənistanda yoxsulluq dairəsində yaşayan 3 milyonluq erməni əhalisinin əksəriyyəti Türkiyə ilə yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır. Bunun ən bariz sübutu Türkiyədə qeyri-qanuni işləyən və qazancını Ermənistandakı ailələrinə göndərən Ermənistan vətəndaşlarının sayının 100 mini ötməsidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!