“Eksperiment aparmaq üçün heç siçovullarımız da yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

“Eksperiment aparmaq üçün heç siçovullarımız da yoxdur”

Sağlamlıq

23 İyul 2020 08:34 1215


Heyvanlar üzərində təcrübə aparan ispan alimləri çoxsaylı məhdudiyyətlərdən şikayətlənirlər.

İspaniya KİV-ləri yazır ki, mövcud qaydalar COVID-19 əleyhinə effektiv vaksinin hazırlanmasına mane olur. “Bizim eksperiment aparmaq üçün heç siçovullarımız da yoxdur”, - deyə yerli mətbuat orqanları Valyadolid Universitetinin farmakologiya professou Valyadolid Luis Martin Ariasdan sitat gətirirlər.

Professor qeyd edir ki, qanunların elə də ciddi olmadığı ölkələr bu istiqamətdə daha sürətlə irəliləyirlər. O, Çini və ABŞ-ı buna nümunə göstərib. Onun sözlərinə görə, vaksinin tapılması İspaniyanın digər ölkələrdən asılı olmasına gətirib çıxaracaq. Dördpendirli pizza

Professor bildirib ki, laboratoriyalar üçün genetik kodu insana ən yaxın olan heyvanlar lazımdır. Meymunlara gəldikdə, onların üzərində təcrübə aparmaq 2013-cü ildə imzalanmış fərmanla tamamilə qadağan olunub. Laboratoriya siçanları isə İspaniyada faciəli dərəcədə çatışmır. İspaniya şəkli dəyişdirilmiş siçanlar satan xarici laboratoriyalarda növbədə dayanıb.

Alimin sözlərinə görə, elmi sınaqların çoxu məhz bu səbəbdən dondurulub. /


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!