Ekspert S-400 məsələsini şərh etdi: “Rusiyanın Türkiyə üzərində nüfuzu güclənəcək”

saytların hazırlanması

Evə çatdırılma

Ekspert S-400 məsələsini şərh etdi: “Rusiyanın Türkiyə üzərində nüfuzu güclənəcək”

Dünya

13 İyul 2019 11:18 1292


Moskva Strategiya və texnologiya analizi Mərkəzinin rəhbəri Ruslan Puxov Türkiyənin S-400 almağını şərh edib.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, o, Rusiyanın S-400 müqaviləsi ilə beynəlxalq arenada böyük uğurlar əldə etdiyini bildirib.

“Bu Putinin şəxsi qələbəsidir. Artıq Rusiya üçün bütün qapılar açıqdır -  Türkiyə üzərində nüfuzu artacaq, pul qazanacaq, Türkiyəyə daha fərqli məhsullar satmaq üçün fürsətlər ələ keçirəcək...”

Xatırladaq ki, Türkiyənin Rusiyadan aldığı  S-400-lərin bir hissəsi dünən Ankaraya gətirilib. S-400-lərə görə Türkiyə ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında bir müddətdir ki, soyuq küləklər əsir.

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!