Əlahiddə Ümumqoşun Orduda Günnüt əməliyyatının üçüncü ildönümü münasibətilə tədbir keçirildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Əlahiddə Ümumqoşun Orduda Günnüt əməliyyatının üçüncü ildönümü münasibətilə tədbir keçirildi - Video

Siyasət

19 May 2021 21:58 1305


Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Günnüt əməliyyatının üçüncü ildönümü münasibətilə tədbir keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından  keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib. Dördpendirli pizza

Əlahiddə Ümumqoşun Ordunun zabiti Fariz Sərxanov və Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru Natiq Əhmədov çıxışlarında ordumuzun qüdrətindən və Günnüt əməliyyatının əhəmiyyətindən danışıblar. Bildirilib ki, 2016-cı il Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdisə, 2018-ci il Günnüt əməliyyatı zamanı qazanılan stareji yüksəklik və ərazilər Azərbaycan Ordusunun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi. Beləliklə döyüş meydanında təcürbə qazanan ordumuz Vətən müharibəsində düşməni məğlub edərək torpaqlarımızı işğaldan tam azad etdi.

Uğurlu Günnüt əməliyyatının igid hərbi qulluqçularının da iştirak etdiyi tədbirdə ordumuzun qüdrətindən bəhs edən videoçarxlar nümayiş olunub, əsgər və şagirdlər  vətənpərvərlik ruhunda şeirləri bədii qiraət ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!