Elarizdən qəribə paylaşım: “Gördüm ki, Flora xanım mənimlə...”   -  VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Elarizdən qəribə paylaşım: “Gördüm ki, Flora xanım mənimlə...” - VİDEO

Şou

09 Sentyabr 2025 12:42 1676


Tanınmış müğənni Elariz Məmmədoğlu paylaşımı ilə izləyicilərini təəccübləndirib.

Yenisabah.az xəbər verir ki, ifaçı yuxusunda Flora Kərimovanı gördüyünü sosial şəbəkə istifadəçiləri ilə belə bölüşüb:

“Bu gün Azərbaycandan təxminən 10 min kilometr uzaqda – Amerika Birləşmiş Ştatlarında bir yuxu gördüm. Uşaqlıqdan mənə öyrədiblər ki, yuxunu yalan danışmaq olmaz. Ona görə də mən yuxularımı həmişə doğru danışıram. Dördpendirli pizza

Yuxuda Azərbaycan incəsənətinin, mədəniyyətinin, musiqisinin zirvəsində dayanan Flora xanım Kərimovanı gördüm. Hətta yadımda qaldı ki, Bakıda olarkən mən onu evimə dəvət etmişdim. Yuxuda da ona dedim: “Flora xanım, yadınızdadırmı, sizi evimə dəvət etmişdim? Evimə xoş gəlmisiniz.” Bu sözləri deyərkən gözlərim yaşarmışdı.

Flora xanım isə böyük mədəniyyət və səmimiyyətlə mənimlə söhbət etdi. Mənim üçün çox təsirli an oldu. Düşündüm ki, əgər mən bu qədər uzaqda – Amerikada yaşadığım halda Flora xanımı yuxumda görürəmsə, deməli o, bizim canımızdır, ürəyimizdir. Onun oxuduğu mahnılar qanımıza hopub, mədəniyyətimizin zirvəsini təşkil edir.

Flora xanım, mən sizi çox sevirəm, əllərinizdən öpürəm. Sizə can sağlığı arzulayıram – əvvəl can sağlığı, sonra bir daha can sağlığı. Çünki sizə yalnız can sağlığı lazımdır. Sizi bağrıma basıram”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!