Əlcəzair prezidentindən təbrik gəldi

saytların hazırlanması

Evə çatdırılma

Əlcəzair prezidentindən təbrik gəldi

Siyasət

29 May 2024 13:22 424


Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdülməcid Təbbu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, mətndə deyilir:

"Zati-aliləri, əziz Qardaşım. Marqarita pizza

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan, Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə daha çox inkişaf və firavanlıq diləməkdən məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi birləşdirən qardaşlıq və əməkdaşlıq münasibətlərinin artan dinamika ilə inkişafından şad olduğumu bildirirəm. Dost xalqlarımıza xidmət baxımından əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə işləmək istəyimi bir daha ifadə edirəm.

Zati-aliləri, əziz Qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!