Keçmiş baş nazir Pənah Hüseyn 1993-cü il iyun qiyamı zamanı hökumət rəhbərliyində baş verən hadisələrlə bağlı tarixi faktları açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, o paylaşdığı yazının Akademik İmam Mustafayevin 10 iyun 1993-cü il tarixli yazısından olduğunu qeyd edib.
5-i iyunda (1993- cü il P. H.) axşam saat təxminən 6-da iki ağsaqqal - Ə. Qurbanov və B. Bayramav mənim yanıma gəldilər və dedilər ki, Gəncədə baş verənlərlə əlaqədar respublikada böyük narahatlıq var, bir sıra siyasi və ictimai təşkilatların nümayəndələri, ağsaqqallar sizdən çox xahiş edirlər ki, şuraya (Respublika Ağsaqqallar Şurası. Ağsaqqallar Şurası qeyri hökumət təşkilatı kimi qeydə alınmışdı və İmam Mustafayev onun sədri idi- P.H.) gələsiniz. Marqarita pizza
Mən 38 dərəcə qızdırmanın içində xəstə idim, bərk öskürüdüm və getmək istəmirdim.
Onların təkidli xahişlərindən sonra getməyə məcbur qaldım. Orda Gəncə hadisələrindən narahatlıq keçirən respublikanın görkəmli alimləri, ağsaqqallar, bir çox hörmətli vətəndaşlar (40-a yaxın adam) gözləyirdi. Qısa fikir mübadiləsindən sonra toplantıda qərara gəlindi ki, Prezidentə müaciət edək və ondan öyrənək ki, Gəncədə nə baş verir və dövlət orqanları tərəfindən hansı addımlar atılır?
Görüş üçün 12 adam ayrıldı, siyahı tutuldu və DİN ( nazirin müavini R. Cavadov) vasitəsi ilə nümayəndə heyətinin prezident tərəfindən axşam saat 7–də qəbul edilməsi razılığı alındı. Müəyyən olunmuş vaxtda biz Prezidentin qəbulunda idik, əlbəttə ki, ciddi yoxlamada sonra, bizi qəbul otağına buraxdılar, 10 dəqiqə sonra bizi dəyirmi stol olan künc zala dəvət etdilər. Prezidentin kabinetinə açılan qapıdan Prezidentin özü, sədr Pənah Hüseynov başda olmaqla bütün Nazirlər kabineti üzvləri və müavinləri, İsa Qəmbər və digərləri daxil oldular.
Biz Prezidentdən xahiş etdik ki, Gəncədə baş verənlər və qan tökülməsinin, qardaş qırğınının (orginal mətndə “bratoubiystvennoy voynı” –P. H.) qarşısının alınması üçün hansı tədbirlərin görüldüyü barədə bizə məlumat verilsin.
Prezident məsələyə aydınlıq gətirəsi bir şey demədi: - Onun qvardiyasının bütov bir avtobusunun güllə- boran edilməsindən qəzəbini nümayiş etdirdi, bildirdi ki, onlardan yalnız 2- 3 nəfəri qaçıb sağ qala bilib. Bundan əlavə guya hansısa BMP-ni ekipajla birlikdə partladıblar, dövlət idarələrini ələ keçiriblər, şəhərdə xeyli ölən və yaralanan var və onlar (qiyamçılar) quduzlaşıblar və öz fəaliyyətlərini davam etdirirlər.
Pənah Hüseynov daha qeyri müəyyən (dolaşıq, orginal mətndə “menee vrazumitelnuyu”- P. H.) informasiyalar verdi. Eyni zamanda onlar bildirdilər ki, Gəncədə Respublikanın baş prokuroru İ.Şirinov, DİN- nin birinci müavini Q. Məmmədov və MTN- nin müavini S. Əkbərov girov götürülüb.
Biz soruşduq ki, kimsə, heç olmasa telefonla Surət Hüseynovla danışıbmı? Pənah Hüseynov bildirdi ki, o, Surət Hüseynovla telefonla danışıb. Lakin onlar nə haqqında danışıblar biz bir aydın məlumat ala bilmədik.
Prezident Surət Hüseynovla telefonla danışmamışdı və danışmaq da istəmirdi. Dedi ki, onu tapmaq mümkün deyil. Ancaq biz bütöv bir saat ərzində təkid etdik ki, Surət Hüseynovla əlaqə yaradılsın və vəziyyəti birinci ağızdan eşidək. Axırda Prezident razılaşdı. Biz, Prezident, mən və Allahşükür Paşa-zadə onun kabinetinə keçdik. Prezidentin köməkçisi yarım dəqiqədə bizi S. Hüseynovla birləşdirdi.
Prezident Surət Hüsenovla salamlaşdı və orda nə baş verir sualını verdi. Surət Hüseynovun cavabı nə oldu biz eşitmədik, lakin Prezident 5 dəqiqə ərzində cavab olaraq bir söz belə çıxarmadı.
Sonra mən trubkanı götürdüm, salamlaşdım və nə baş verdiyini soruşdum. O dedi ki, qonşu “N” hərbi hissəsindən ağır T72 tankları sübh tezdən, hamı yuxuda olduğu anda, maneə divarlarını dağıdaraq əsgər kazarmalarına hücum ediblər, adamları tırtılların altında əziblər, 709- N-li hərbi hissənin yerləşdiyi hərbi şəhərciyə bütün silah növlərindən atəş açıblar. Bir çox tikililər zədələnib və dağıdılıb, çoxlu sayda ölən və yaralananlar var.
Surət Hüseynovun qısa məlumatından sonra mən ona dedim ki, Prezidentin tapşırığı ilə bütöv bir komissiya Gəncəyə gəlmək istəyirik, necə ən yaxşı və hansı üsulla sizin yanınıza gəlsək yaxşı olar? Surət Hüseynov bildirdi ki, xoş gəlirsiniz, istənilən vaxt gələ bilərsiniz. Biz sizə DAM postu yanında qarşılayarıq. Eyni zamanda Surət Hüseynov mənə bildirdi ki, Goranboy tərəfdən Gəncəyə zirehli texnika ilə 4000-dən çox əsgər yeridilir. Bu hərəkətlənmə dərhal dayandırlmasa düzəldilməsi mümkün olmayacaq fəlakət baş verə bilər.
Məndən sonra Surət Hüseynovla Allahşükür Paşazadə də danışdı.
Sonra digər iştirakçıların bizi gözlədiyi iclas zalına qayıtdıq. Mən Surət Hüseynovdan eşitdiklərimi çatdırdım. Dərhal mənim informasiyam xüsusilə də İsa Qəmbər və Pənah Hüseynov tərəfindən yalan elan edilərək süngü ilə qarşılandı. Uzun mübahisələrdən sonra Prezident Elçibəy Gəncəyə komissiya göndərməyi təklif etdi və biz Gəncəyə gedib həqiqi vəziyyəti aydınlaşdırmağa razılaşdıq.
Təxmin edilən komissiyanın tərkibi onlar tərəfindən biz Prezidentin qəbuluna gəlib çıxana qədər artıq tərtib edilmişdi. Lakin xəstəlikləri səbəbindən İ.Şıxlı və T. Bağırov və kimsə bir başqası siyahıdan çıxarıldı. Onların əvəzinə S. Rüstəmxanlı, Allahşükür Paşa- zadə və Asya Manafova əlavə edildi. Elçibəy Etibar Məmmədovun da namizədliyini təklif etdi…
Telegram kanalımız