Elçin Quliyev generalın oğluna rütbə verdi

saytların hazırlanması

Evə çatdırılma

Elçin Quliyev generalın oğluna rütbə verdi

Siyasət

16 İyul 2019 16:08 3893


Dövlət Sərhəd Xidməti Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.

“Yeni Sabah” xəbər verir ki, mərasimdə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak edib.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib. pizza mizza

Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunub, gənc zabitlər “Sərhədçi andı”nı qəbul ediblər.

Elçin Quliyev kursant valideynləri və ailə üzvləri ilə görüşüb, gənc sərhədçi zabitləri vətənpərvər ruhda tərbiyə etdiklərinə görə onlara minnətdarlığını bildirib, DSX rəisinin sabiq şəxsi heyət üzrə müavini mərhum general-mayor Mə¬həmməd Abbasquliyevin oğlu leytenant Əli Abbasquliyev ilə görüşərək DSX Akademiyasının məzunu olması münasibətilə onu təbrik edib, sərhədçi zabit nəslinin nümayəndəsi və atasının layiqli davamçısı kimi gələcək xidmətində ona uğur və müvəffəqiyyətlər arzulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!