Eldar Mahmudovun şirkəti ləğv olunur

saytların hazırlanması

Evə çatdırılma

Eldar Mahmudovun şirkəti ləğv olunur

Maraqlı

04 May 2021 14:45 898


"Kristal İnşaat" MMC ləğv olunduğunu elan edib.

Yenisabah.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 23a ünvanına bildirə bilərlər. pizza

Xatırladaq ki, şirkət ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur. "Kristal İnşaat" MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi isə Musa Məmməd oğlu Mahmudovdur.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!