Eldəniz Əzizli Avropa çempionatında gümüş medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Eldəniz Əzizli Avropa çempionatında gümüş medal qazandı

İdman

12 Aprel 2025 20:53 311


Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medal əldə edib.

Yenisabah.az xəbər verir ki, təcrübəli idmançı yarışın finalında rusiyalı Emin Seferşayevə (UWW) uduzub.

Qeyd edək ki, Eldəniz Əzizli 2018 və 2022-ci illərdə də Avropa çempionatında qızıl mükafat qazanıb. Bu gün Murad Məmmədov (63 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal görüşünə çıxacaqlar. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!