“Elə bil, Pablo Eskobarı tutublar” -   Nura Fuad Abbasovdan danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Elə bil, Pablo Eskobarı tutublar” - Nura Fuad Abbasovdan danışdı

Şou

22 May 2019 09:07 1536


Azərbaycanlı jurnalist və videobloger Fuad Abbasovun Rusiyada həbsi gündəmdən düşmək bilmir.  Ölkənin müxtəlif sahələrinin nümayəndələri bu məsələdə səssiz qalmadı. Əksəriyyət jurnalistin Moskvada hüquq-mühafizə orqanları tərəfindən qanunsuz saxlanılmasını, onun qatı cinayətkar kimi həbs edilməsini və kobud davranılmasını pisləyir.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan müğənni Nura Suri bildirib ki, Rusiyada yaşayan biznesmen yerlilərimiz hərəkətə keçməlidir:

“Mən Mübariz Mənsimovun fikirləri ilə tanış oldum və ona qoşuluram. Rusiyada yaşayan yerlilərimiz hərəkətə keçməlidir. Mənim ailəm də Qarabağda vuruşub və bu məsələdə həssasam. Fuad Abbasova edilən haqsızlıqlar mənə çox pis təsir edir. O nə etmişdi ki, elə formada onu həbs edirlər. Elə bil ki, Pablo Eskobarı tutublar. Aydındır ki, bunu ermənilər edib. Bizim orada yaşayan iş adamları mütləq şəkildə bir şey etmədir”.

Cəmiyyətdə baş verən prosseslərə səssiz qalan məşhurlar haqqında danışan müğənni fikirlərinə bunları əlavə edib: Sezar pizza

“Bilirsiniz, sənətçilərin borcu deyil ki, hər hadisəyə reaksiya versin. Bunun üçün deputatlar, siyasətçilər var. Onlar fikir bildirməlidir. Fuad Abbasov bu hadisələr olmamışdan qabaq video müraciət etmişdi ki, məni burada sıxışdırırlar. Onda niyə bir şey etmədik? Bu məsələ bir vətəndaş kimi məni narahat etdiyinə görə fikir bildirdim. Bunun mənim sənətimə heç bir adiyyatı yoxdur".

Əcəmi Əsədulla

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!