“Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Elmar Məmmədyarov

saytların hazırlanması

Evə çatdırılma

“Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Elmar Məmmədyarov

Siyasət

13 May 2024 23:01 2181


“Aldığım maaşa əlavələr də olunurdu”.

Yenisabah.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Elmar Məmmədyarov İTV-də yayımlanan verilişlərin birində deyib.

O bildirib ki, aldığı pul onu qane edirdi: pizza mizza

“Mənim səfir diplomatik rütbəmə, həm də nazir kimi digər xərclərə görə əməkhaqqıma olunan əlavələri və təchizat xərclərini də nəzərə alsaq aldığım məbləğ kifayət qədər münasib idi. Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam? Ümumiyyətlə deyə bilərəm ki, mənim sıxıntım olmayıb. Həyatım boyu kasıb insan olmamışam. Atam akademik idi, mən hələ 1988-89-cu illərdə Sovet İttifaqında dollarla maaş alırdım”.

Sabiq nazir onu da əlavə edib ki, 13 ilə yaxın bir müddətdə Birləşmiş Ştatlarda yaşayıb və hər zaman yüksək əməkhaqqı alıb.

Ətraflı videoda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!