Ermənistan Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyıb və bu, Ermənistan rəhbərliyinin işidir.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi yanında MDBMİ-nin Xalq Tədqiqatları İnstitutunun aparıcı elmi işçisi, politoloq Nikolay Silayev deyib.
O əlavə edib: "Bununla belə, bu, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərini dəyişir". pizza sifarişi
Silayevin sözlərinə görə, belə şəraitdə Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyəti üçüncü ölkələrin üzərinə atmaq olmaz:
“Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra elə bir vəziyyət yarandı ki, artıq Rusiya oyundan kənar tərəf ola bilər. Ermənistanın dövlət təbliğatında Qarabağ əhalisinin bütün bəlalarında Rusiyanı ittiham etmək xətti açıq-aşkar görünürdü”.
Ekspert qeyd edib ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bəyanatı, bu cür ittihamları dəf etmək üçün nəzərdə tutulub.
“Üstəlik, Rusiyaya qarşı ittihamlar tamamilə ədalətsizdirlər”, - deyə rusiyalı politoloq vurğulayıb.
Telegram kanalımız