Ələtdə toy etmək istəyənlər cərimələndi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ələtdə toy etmək istəyənlər cərimələndi - Fotolar

Hadisə

08 İyul 2020 21:19 829


Qaradağ rayonunun Ələt qəsəbə nümayəndəliyinə ötən gün Ələt qəsəbə sakini Ayaz Həsən oğlu Rzayev oğluna toy məclisi keçirilmədən evinə gəlin gətirilməsinin planlaşdırıldığı məlumatı daxil olub.

Rayon İcra Hakimiyyətindən Yenisabah.az-a verilən məlumata görə, daxil olan məlumat nəzarətə götürülüb və Rzayevlər ailəsi ilə müvafiq söhbətlər aparılıb.

Həmin ünvan gün ərzində müvafiq qurumlar tərəfindən nəzarətdə saxlanılıb və müəyyən edilib ki, həqiqətən heç bir geniş tərkibli və musiqili məclis təşkil olunmayıb. Pepperoni pizza

Lakin gecə saatlarında 10 nəfərdən artıq toplaşma olduğu üçün, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, polis əməkdaşları tərəfindən 13 nəfər polis bölməsinə aparılaraq qanunamüvafiq qaydada protokol yazılıb və cərimələniblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!