“Sənin nə ixtiyarın var...” - Elgiz aktyorlardan şikayət etdi   - Video

saytların hazırlanması

Evə çatdırılma

“Sənin nə ixtiyarın var...” - Elgiz aktyorlardan şikayət etdi - Video

Şou

16 Sentyabr 2019 17:22 1454


"ARB TV" yeni mövsümə “Üç əlli” proqramı ilə start verib.

"Yeni Sabah" xəbər verir ki, verilişinin ilk qonaqlarından biri “ARB TV”nin məhşur siması, aparıcı Elgiz Əkbər olub.

Elgiz Əkbər onu parodiya edənlər siyahısında yalnız “Planet Parni iz Baku”dan incidiyini bildirib: pizza mizza

“Bakılı oğlanlarından çox incimişdim. Çünki, onlar məni çox pis şəkildə təhqir etmişdilər. Elə insanlar var ki, babalarının adlarını öz övladlarına qoyur. Necə ki, o insanlara babaları əzizdir, babam mənim üçün əzizdir. İxtiyarın var mənim adımı o şəkildə ələ salasan? Olmaz!

Parodiya insanın qəlbinə dəyməməlidir. Əksinə o insanı hamı kimi sevindirməlidir. Parodiya etdilər, amma məni çağırmamışdılar. Sonradan sosial şəbəkədə gördüm. Birinci dəfədir ki, bu məsələ haqqında danışıram. Qardaşım, sən məni niyə təhqir etməlisən?”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!