Əli Əsədov Albaniyanın Baş naziri Edi Rama ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Albaniyanın Baş naziri Edi Rama ilə görüşdü

Siyasət

14 Aprel 2022 22:23 451


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 14-də ölkəmizdə rəsmi səfərdə olan Albaniya Respublikasının Baş naziri Edi Rama ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib. Albaniya Baş nazirinin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Enerji sahəsində əməkdaşlığın Azərbaycan-Albaniya əlaqələrinin əsas istiqamətlərindən birini təşkil etdiyi bildirilərək Cənub Qaz Dəhlizi layihəsinin birgə həyata keçirilməsinin önəmi qeyd edilib. pizza hut

Görüşdə iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın iqtisadi, ticari, enerji, sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər geniş müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!