Əli Əsədov finlandiyalı və litvalı rəsmilərlə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov finlandiyalı və litvalı rəsmilərlə görüşdü

Siyasət

11 Aprel 2022 20:44 686


Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 11-də Finlandiya Statistika İdarəsinin Baş direktoru Markus Sovala və Litva Statistika Departamentinin Baş direktoru Yurate Petrauskiene ilə görüşüb.

Nazirlər Kabinetindən Yenisabah.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda statistika sahəsində islahatların aparıldığı, milli statistika sisteminin ölkədə və beynəlxalq aləmdə cərəyan edən sosial-iqtisadi proseslərə və müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirildiyi bildirilib.

Bakıda keçirilən “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” tvinninq layihəsinin yekunlarına həsr olunmuş konfransın əhəmiyyəti vurğulanıb. pizza sifarişi

Layihə çərçivəsində ölkəmizdə biznes statistikası sahəsinin müxtəlif istiqamətlərinin təkmilləşdirilməsi, o cümlədən kiçik və orta biznes üzrə statistik məlumatlarla işləyən yerli mütəxəssislərin potensialının artırılması ilə bağlı müzakirələr aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!