Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşdü

Siyasət

15 May 2023 20:48 596


Azərbaycanın Baş naziri Əli Əsədov mayın 15-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Ş.Papuaşvilinin Milli Məclisin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında iştirakı yüksək qiymətləndirilib. Toyuqlu pizza

Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın genişlənməsindən və strateji tərəfdaşlığın möhkəmlənməsindən məmnunluq ifadə olunub.

İki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında parlamentlərin rolu təqdir edilib.

Eyni zamanda ticarət-iqtisadi, enerji, nəqliyyat-tranzit, humanitar və digər sahələrdə münasibətlərin genişləndirilməsi perspektivləri müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!