Əli Əsədov Gürcüstanın xarici işlər naziri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Gürcüstanın xarici işlər naziri ilə görüşdü

Siyasət

27 Aprel 2022 19:05 735


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 27-də Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə görüşüb.

Nazirlər Kabinetindən Yenisabah.az-a verilən məlumata əsasən, görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin geniş gündəliyə malik olduğu qeyd edildi.

Həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Birgə həyata keçirilən nəqliyyat və enerji layihələrinin önəmi vurğulandı. pizza sifarişi

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!