Azərbaycanın Baş naziri Əli Əsədov mayın 22-də Monteneqro parlamentinin sədri Daniyela Curoviçlə görüşüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanla Monteneqro arasında müxtəlif sahələrdə münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub. pizza hut
İki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında parlamentlərin rolu yüksək qiymətləndirilib.
Görüşdə həmçinin Azərbaycan-Monteneqro qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.
Telegram kanalımız