Əli Əsədov qərar imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov qərar imzaladı

Siyasət

15 Yanvar 2026 18:39 877


Səfərbərlik vəsiqəsi olan şəxslərin müraciət etməli olduqları qurumlarla bağlı qaydalara dəyişiklik edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq dəyişikliklə bağlı qərar imzalayıb.

Qərara əsasən, ümumi köçürmə hallarında, səfərbərlik vəsiqəsi olan şəxslərdən (onlar hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə getməlidirlər), eləcə də köçürülməsi qeyri-mümkün sayılan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa bütün əhali köçürüləcək. Marqarita pizza

Mövcud qanunvericilikdə isə qeyd olunurdu ki, yaranmış vəziyyətdən asılı olaraq əhali bütünlüklə (ümumi köçürmə), yaxud qismən köçürülə bilər. Ümumi köçürmə hallarında, səfərbərlik vəsiqəsi olan şəxslərdən (onlar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə getməlidirlər), eləcə də köçürülməsi qeyri-mümkün sayılan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa bütün əhali köçürülür. Qismən köçürmə zamanı isə əmək qabiliyyəti olmayan, habelə istehsalat və xidmət sahələrində işləməyən əhali köçürülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!