"Əli İnsanovu müxalifətin lideri qismidə görmürəm. Sadəcə yaxşı məmur kimi tanıyıram”.
Bunu əfv fərmanı ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun verdiyi ilk müsahibəsində liderlik iddiası ilə çıxış etməsinə münasibət bildirərkən VİP sədri Əli Əliyev deyib:
"Əli İnsanovun həbsdən çıxarkən verdiyi iddialı açıqlama öz davranışına uyğun açıqlamadır. Həbsdə olduğu dövrdə onun davranışlarını izləmişəm. İçəridə olduğu dönəmdə kifayət qədər dəyanətli olması ilə seçilib. Sevindirici hal odur ki, çıxandan sonra yaşına baxmayaraq gümrah görünür, mübarizəyə qərar verib. Amma onun verdiyi iddialı bəyanatla bağlı düşünürəm ki, tələsmək lazım deyil. Uzun müddət həbsdə olan adamın ölkənin siyasi həyatından məlumatsız olması da mümkündür.Özünün də situasiyanı dəyərləndirməsinə ehtiyac var. Amma verdiyi bəyanat normaldır. Fikrinə hörmətlə yanaşmaq lazımdır. Əslində onun siyasi addımlarını müəyyən müddət keçəndən, bir aydan sonra qiymətləndirmək daha düzgün olardı. Şans tanınmalıdır ki, o vəziyyətlə yaxınsdan tanış olsun. Dördpendirli pizza
Əli İnsanovu müxalifətin lideri qismində görmürəm. Sadəcə yaxşı məmur kimi tanıyıram. Şəxsiyyətini, keyfiyyətlərini də bilirəm. Ancaq siyasətçi olaraq onu heç zaman tanımamışam. Hətta hakimiyyətdə olanda siyasi nöqteyi-nəzərdən addımlarında bir sıra yanlışlıqların şahidiyəm. Yaxşı məmur olmaq hələ yaxşı siyasətçi olmaq demək deyil.Yaxşı dəyanətli Azərbaycan kişisi olmaq, eyni zamanda həm də yaxşı siyasətçi olmaq demək deyil. Sözsüz ki, Əli İnsanovun intelekti, natiqlik qabiliyyəti, xarizması yüksəkdir. Kifayət qədər təcrübəli şəxsdir. Yaxşı alimdir. Amma nazir olan zamanı buraxdığı səhvlərə də şahidlik etmişik. Hər halda onun da siyasətdə olmaq haqqı var”.
Qeyd edək ki, Prezidentin əfv fərmanı ilə azadlığa çıxanlardan biri olan sabiq səhiyyə naziri Əli İnsanov mətbuata açıqlamasında liderlik iddiası ilə çıxış edib. Bildirib ki, Azərbaycanı tərk etmık niyyəti yoxdur. Qalıb burada mübarizə aparacaq. Hətta bu açıqlaması ilə o, müxalifətə qoşula biləcəyinə, yaxud da özünü müxalifətin lideri qismində gördüyünə də bir işarə edib.
Sfera.az
Telegram kanalımız