“Əli İnsanovun korrupsiya əməlləri cəmiyyətə yaxşı məlumdur” - Mübariz Qurbanlı

saytların hazırlanması

Evə çatdırılma

“Əli İnsanovun korrupsiya əməlləri cəmiyyətə yaxşı məlumdur” - Mübariz Qurbanlı

Siyasət

19 Mart 2019 19:34 1016


"Vaxtilə müxtəlif xarakterli cinayət əməlləri törətmiş, korrupsiya faktlarına görə hüquqi məsuliyyətə cəlb olunaraq həbs edilənlər azadlığa çıxdıqdan sonra öz səhvlərini dərk edib cəmiyyətə yararlı olmaq yolunu seçmək əvəzinə, yenidən hakimiyyətə və dövlətə qarşı ittihamlarla çıxış edirlər”.

“Yeni Sabah” xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam müstəqil siyasət həyata keçirir” adlı məqalədə bildirib. O deyib ki, bu şəxslərin əfv sərəncamının üzərinə kölgə salmağa, ictimai rəyi çaşdırmağa çalışırlar:

“Korrupsiya əməlləri cəmiyyətə yaxşı məlum olan keçmiş səhiyyə naziri (Əli İnsanovu nəzərdə tutur-red) onun azad edilməsinin guya xarici təsirlər nəticəsində olduğuna dair absurd iddialar səsləndirir. Hər kəsə, eləcə də həmin adamın özünə də yaxşı məlumdur ki, Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam müstəqil siyasət həyata keçirir, hər hansı bir təsir və təzyiqə qətiyyən imkan vermir. Respublikamız öz müstəqil inkişaf yolunda irəliləyir, ölkəmizin daxili, xarici siyasəti suverenlik prinsipinə əsaslanır və milli maraqlara xidmət edir. Ona görə də hər hansı bir təzyiqdən söhbət gedə bilməz. Həmin adama sual vermək lazımdır ki, əgər həmin qərar xarici qüvvələrin təsiri ilə qəbul olunubsa, bu, sözügedən şəxsin cəzaçəkmə müddətində nə üçün olmayıb? Bu, birmənalı şəkildə Prezident İlham Əliyevin humanist təşəbbüsüdür və onun üzərinə kölgə salmaq mümkün deyil".  pizza

M.Qurbanlı qeyd edib ki, bəzi adamların iddiaları ilə müddəaları üst-üstə düşmür, tərs mütənasiblik təşkil edir. 

"Onlar öz şəxsi maraqlarını və anti-Azərbaycan dairələrin mənafelərini Azərbaycanın milli maraqlarından üstün tuturlar. Bu, bütün hallarda yolverilməzdir. Sağlam siyasi qüvvələr, eləcə də cəmiyyətin avanqard siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası daim milli maraqları üstün tutur, Azərbaycanın inkişafına və qüdrətinin daha da artmasına xidmət edən addımların təqdirəlayiq olduğunu birmənalı şəkildə və qətiyyətlə ifadə edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!