“Əli İnsanovun radikallığı gözlənilən idi” – Mirmahmud Mirəlioğlu

saytların hazırlanması

Evə çatdırılma

“Əli İnsanovun radikallığı gözlənilən idi” – Mirmahmud Mirəlioğlu

Siyasət

19 Mart 2019 16:52 1120


“Əli İnsanovun radikal çıxışı təbiidir və onun bu cür fikirlər səsləndirməsi gözlənilən idi.  Həmçinin İnsanovun haqlı olduğunu düşünürəm. Çünki   ona qarşı ikinci dəfə də həbsxanada yenidən məhkəmə keçirmişdilər”.

Bunu Klassik Xalq Cəbhəsi Partiyasının sədri  Mirmahmud Mirəlioğlu “Yeni Sabah”a Əli İnsanovun azadlıqdan sonra verdiyi açıqlamaya münasibət bildirərkən deyib. Partiya sədrinin sözlərinə görə,  adamların mövqelərinə, açıqlamalarına təbii yanaşmaq lazımdır:

“Əli İnsanov siyasətə gələcək, kimlər ona dəstək olacaq-olmayacaq – bu,  hər kəsin şəxsi işidir. Bunu da təbii qarşılamalıyıq. Əli İnsanov  özü öz seçimini edəcək, buna uyğun yəqin ki, adekvat cavablar alacaq. Digər tərəfdən düşünürəm ki, İnsanov bu məsələdə kifayət qədər suala yer qoymayan açıqlamalar verdi.  Hər halda mən bu cür qəbul edirəm. pizza hut

Şərtlə danışmaq doğru deyil. Yaşayarıq, görərik.  “Əli İnsanov siyasi mübarizəyə qoşulsa” kimi cümlələr qurmağa ehtiyac yoxdur. Seçim onundur. Digər məsələləri də zaman göstərəcək”.

Qeyd edək ki, ötən həftə prezidentin imzaladığı əfv sərəncam ilə keçmiş səhiyyə naziri Əli İnsanov da həbsdən azad oldu. O, həbsxana qapısındaca sərt açıqlamalar verdi və aktiv siyasətlə məşğul olacağını anons etdi.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!