Əli Kərimlinin hansı maddə ilə ittiham edildiyi bilindi -   Bu gün məhkəməyə çıxarılacaq

saytların hazırlanması

Evə çatdırılma

Əli Kərimlinin hansı maddə ilə ittiham edildiyi bilindi - Bu gün məhkəməyə çıxarılacaq

Hadisə

01 Dekabr 2025 09:35 11291


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin nədə ittiham edildiyi məlum olub.

“Yeni Sabah” xəbər verir ki, o, Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə şübhəli şəxs qismində tanınıb.

AXCP sədrinin ifadəsi alınıb və böyük ehtimalla o, bu gün təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunacaq. pizza sifarişi

Qeyd edək ki, Əli Kərimlinin ittiham olunduğu maddəyə görə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub. (Günün Səsi)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!