Əli Kərimlinin saxlanılması ilə bağlı rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Əli Kərimlinin saxlanılması ilə bağlı rəsmi açıqlama

Kriminal

28 İyun 2019 13:59 1804


Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi AXCP sədri Əli Kərimlinin polis tərəfindən saxlanılması ilə bağlı açıqlama yayıb.

“Yeni Sabah” xəbər verir ki, açıqlamada qeyd olunur ki, AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən “Müsavat” Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib.

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb. Toyuqlu pizza

İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısı bundan sonra da qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə “Prokurorluq haqqında” qanunun tələblərinə uyğun olaraq ona rəsmi xəbərdarlıq edilmiş və sərbəst buraxılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!