Əlil təşkilatları ittifaqından insident haqda açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Əlil təşkilatları ittifaqından insident haqda açıqlama

Kriminal

30 Sentyabr 2019 14:13 1285


Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli özlərini Qarabağ əlili kimi təqdim edərək SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirən şəxslərin qeyri-qanuni hərəkətlərini pisləyib.

“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, o vurğulayıb ki, narazılıq varsa, bu qanuni yolla həll edilməlidir. Əlillik və ya hər hansı digər sosial vəziyyət qanun pozuntusu zamanı üstünlük gətirmir:

“Yoxsa, hansısa addan və nədənsə istifadə edib kiməsə xəsarət yetirmək düzgün deyil. Zor tətbiq etmə, yaxud kimisə təhqir etmək yolverilməzdir. Əlilliyin əldə bayraq tutulub bu kimi hərəkətlər edilməsi yaxşı hal deyil. Hər bir problemin həlli üçün qanuni yolları bilmək lazımdır”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!