Əlilliyi olan şəxslər üçün yeni sənəd hazırlandı

saytların hazırlanması

Evə çatdırılma

Əlilliyi olan şəxslər üçün yeni sənəd hazırlandı

Sosial

31 Yanvar 2025 18:20 234


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən əlilliyi olan şəxslərə uyğun şəraitin yaradılması üzrə şəhərsalma və tikintiyə dair normativ sənədlərin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Oxu.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, artıq qeyd olunan məsələləri tənzimləyən yeni normativ sənədin - "Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları" layihəsi hazırlanaraq başa çatdırılıb. Sezar pizza

"Hazırda həmin layihənin aidiyyəti qurumlarla razılaşdırılması işləri həyata keçirilir. Məlumat üçün bildirək ki, yeni sənədin layihəsi hazırlanarkən beynəlxalq təcrübə ilə yanaşı, Əlil Təşkilatları İttifaqının da təklifləri nəzərə alınıb".

Xatırladaq ki, gələn il Ümumdünya Şəhər Forumu (WUF13) və Ümumdünya Ətraf Mühit Günü Azərbaycanda keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!