“Əlimizi qana bulamaq istəmirik, özünü as…” -   Beyləqandakı xəyanət faciəsinin detalları

saytların hazırlanması

Evə çatdırılma

“Əlimizi qana bulamaq istəmirik, özünü as…” - Beyləqandakı xəyanət faciəsinin detalları

Kriminal

01 Avqust 2019 14:42 2648


Beyləqanın Birinci Şahsevən kəndində iki nəfərin intiharı, bir nəfərin xəsarət alması və qulağının kəsilməsi ilə nəticələnən hadisənin bəzi təfərruatları məlum olub. 

"Yeni Sabah" "Virtualaz.org"a istinadən bildirir ki, iki azyaşlı uşaq anası olan 25 yaşlı  Nuranə Həsənova ilə eyni yerdə işlədiyi Gündüz Baxşəliyev arasında münasibət haqda qadının həyat yoldaşına elə kənd sakinlərindən biri xəbər verib. Birinci Şahsevən kənd sakinlərinin virtualaz.org-a dediyinə görə, hadisə təxminən  7-8 gün əvvəl baş verib. Qadının əri R.Həsənov Baxşəliyevlə arvadını bir yerdə yaxalayıb, amma necə olubsa onlar qaça biliblər. 

"Kənddə hamı bu hadisədən danışır, hərə bir versiya söyləyir. Deyirlər əri bunları bir yerdə tutub, ancaq hansı şəraitdə, harada tutduğu bilinmir”,-sakinlərdən biri danışıb.  Toyuqlu pizza

Nuranə Həsənova uşaq bağçasında aşbaz işləsə də, ailənin maddi imkanı pis olmayıb. "Qadın hadisədən sonra İkinci Şahsevər kəndində yerləşən ata evinə qaçıb, amma yaxınları ailəni biabr etdiyi üçün ona sahib çıxmaq istəməyiblər. Deyiblər ki, əlimizi sənin qanına batırmaq istəmirik. Qadın da intihar edib”,-söhbətləşdiyimiz kənd sakini belə deyir.

Uşaq bağçasında gözətçi işləyən Füzuli rayonunun Əhmədbəyli kənd sakini G.Baxşəliyev isə intihar etmədən əvvəl onları Emil adlı kənd sakininin calaşdırdığını söyləyib. Hansı ki, həmin şəxsin də qadınla yaxın münasibəti olub. 

R.Həsənov Emilin arvadı ilə yaxın münasibəti olduğunu biləndən sonra onu bıçaqlayıb və təslim olub. Ağır yaralı halda Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Emil əməliyyat olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!