Elinanın videosu yayıldı + Video

saytların hazırlanması

Evə çatdırılma

Elinanın videosu yayıldı + Video

Sosial

10 Aprel 2019 13:48 12026


İntihar edən 14 yaşlı məktəbli Elina Hacıyevanın videosu yayılıb.

“Yeni Sabah” xəbər verir ki, videoda yeniyetmələrin sevimli sosial şəbəkəsi olan “Tik-Tok” üçün mahnılar oxuyur. Məktəb direktorunun iddia etdiyi kimi o heç də özünə qapalı və “pozğun” təəssüratı bağışlamır. 

Videonu Elinanın dostları sosial şəbəkədə yayıb və onun gənc yaşda özünə qəsd etməsindən üzüldüklərini bildiriblər. Dördpendirli pizza

Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib. 

Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!