Əliyev: Transxəzər nəqliyyat dəhlizi getdikcə daha çox əhəmiyyət kəsb edir

saytların hazırlanması

Evə çatdırılma

Əliyev: Transxəzər nəqliyyat dəhlizi getdikcə daha çox əhəmiyyət kəsb edir

Siyasət

23 May 2024 13:54 470


Təbii ki, müzakirə etdiyimiz (Tacikistan Prezidenti ilə - red.) mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq.

Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşdə deyib.

“Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır”, - deyə dövlət başçısı vurğulayıb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!