Əliyevin bu bəyanatı Ermənistandakı böhranı dərinləşdirdi

saytların hazırlanması

Evə çatdırılma

Əliyevin bu bəyanatı Ermənistandakı böhranı dərinləşdirdi

Siyasət

17 Noyabr 2020 18:01 2165


Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ mövzusunda danışarkən “Heç bir statusdan söhbət gedə bilməz” bəyanatı Ermənistan ictimai-siyasi mühitində müzakirə mövzusuna çevrilib. 

Yenisabah.az xəbər verir ki, erməni ictimaiyyəti bu bəyanatdan sonra “Dağlıq Qarabağ Respublikası”nın müstəqil dövlət kimi tanına biləcəyinə şübhə ilə yanaşmağa başlayıblar.

Ermənistanın siyasi rəhbərliyi Qarabağda atəşin dayandırılması barədə imzalanan üçtərəfli bəyanatdan sonra “DQR”ə status verilməsi istiqamətində hansısa addımlar atılacağından danışırdı. Lakin İlham Əliyevin məlum bəyanatı erməni cəmiyyətində Paşinyan hökumətinin status məsələsi barədə dediklərini növbəti yalan kimi dəyərləndirir. Pepperoni pizza

Siyasi şərhçilər hesab edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi onsuz da Qarabağdakı məğlubiyyətə görə hədəfdədir. Status məsələsi bir tərəfdən məğlubiyyəti kompensasiya etmək üçün ortaya atılmışdısa, digər tərəfdən Ermənistan cəmiyyətini bir qədər sakitləşdirməyə xidmət edirdi. Amma İlham Əliyevin bəyanatından Ermənistandan siyasi böhranının dərinləşcəyi gözlənilir. 

Çünki artıq erməni cəmiyyəti Azərbaycanın bu məsələdə heç bir güzəştə getməyəcəyini bu ölkənin birinci şəxsinin dilindən eşidib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!