Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan bələdiyyə seçkiləri ilə bağlı xahış edib.
“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı Türkiyə mediası yayıb. Xəbərə görə, Əliyev həmkarından sərhəd bölgələri olan Qars və İqdırda bələdiyyə seçkilərində AKP namizədlərinin MHP-dən olmasını istəyib.
Bu haqda mediaya xəbər sızdıran AKP-li siyasətçi deyib ki, məhz bundan sonra hakim partiya həmin bölgədən öz namizədini geri çəkib. Burada İlham Əliyevi narahat edən məsələlərdən birinin də bölgədə səslərin parçalanacağı halda PKK-nı dəstəkləyən HDP-nin namizədinin qalib gəlmək təhlükəsi olub. Sezar pizza
Hazırda isə İqdırda mübarizə Cumhur İttifaqının MHP-li namizədi İsa Yaşar Tezel ilə HDP namizədi arasında gedir.
İYİ Partinin başqanı Meral Akşenirin də MHP-li namizədi dəstəklədiyi qeyd olunur.
Telegram kanalımız