Elman Rüstəmov müşavirədə daşınmaz əmlakın sığortalanmasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Elman Rüstəmov müşavirədə daşınmaz əmlakın sığortalanmasından danışdı

İqtisadiyyat

13 Yanvar 2020 20:21 1505


"Azərbaycanda daşınmaz əmlakın sığortalanması ilə bağlı maarifləndirmə və marketinq işlərinə hökumətlə yanaşı, yerli icra hakimiyyəti orqanları da qoşulmalıdır. Çünki, sığorta hadisələri daha çox rayon yerlərində, kəndlərdə baş verir".

"Yeni Sabah" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə deyib.

"Biz bu işi çox ciddi təşkil etməliyik. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanun 2011-ci ildən qüvvədə olsa da, görüləsi işlər hələ çoxdur", - deyə o, qeyd edib.  /Report pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!