“Mərkəzi Bankın sədri Elman Rüstəmov xarici şoklardan danışa-danışa, deyəsən özü şoka düşüb”.
“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Nemət Əliyev deyib. O, bildirib ki, MB sədri açıq şəkildə əhalinin başının altına yastıq qoyaraq deyir ki, neftin indiki ucuz qiymət səviyyəsi Azərbaycan üçün komfort zonadır:
“Axı bütün dünya zərbəni zərbə ardınca alırsa, Azərbaycan iqtisadiyyatı necə komfort zonaya düşə bilər, Elman Rüstəmov? Dünyanın bir-birinə dəydiyi bir vaxtda bu komfort məsələsi hardan ağlınıza gəlib? Heç olmasa, nə danışdığınızın fərqindəsinizmi? Gözünüzü açıb ətrafınıza yaxşı baxın: Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini bu gün 0-0,25 faizə düşürüb və bununla da Amerika Birləşmiş Ştatlarında kreditlərə görə illik faiz dərəcəsi, demək olar ki, sıfır həddinə endirilib və şübhəniz olmasın ki, belə bir addım atmaqda ABŞ-ın başlıca niyyəti kreditlərə tələb göstəricisini təşviq etmək və bu yolla ölkədə zəifləməkdə olan işgüzar fəallığı canlandırmaqdan ibarətdir. Azərbaycanda isə manat kütləsi dövriyyəni sürətlə tərk etməkdədir. Belə bir şəraitdə iqtisadi fəallığı canlandırmaq üçün bəs siz nə edirsiniz, Elman Rüstəmov?”. Dördpendirli pizza
Telegram kanalımız