“Elman Rüstəmov özünə 450 milyon manatlıq obyekt tikmək istəyirdi”

saytların hazırlanması

Evə çatdırılma

“Elman Rüstəmov özünə 450 milyon manatlıq obyekt tikmək istəyirdi”

Siyasət

13 Aprel 2022 10:20 1563


“Ölkənin bir nömrəli bankiri Elman Rüstəmovun işini heç zaman bəyənməmişdim. Deputat olandan sonra onunla görüşüb illərdən bəri qəlbimi deşən sualları ona vermək istədim. Görüşmədi və hələ məni görüşmək istədiyimə görə də şikayət etdi. Çünki, görüşün səbəbini bilirdi”.

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev deyib. O, bildirib ki, hər zaman E. Rüstəmovu ən sərt tənqid edənlərdən olub:

“Biz bir yanda Qarabağ müharibəsi ilə çarpışdığımız, 1 milyon qaçqın və köçkünün erməni qəsbkarlarından azad olunan, xarabazara çevrilən yurdlarına köçürmə öhdəliyi ilə üz-üzə qaldığımız zamanda hörmətli Elman müəllim özünə 160 metrlik, 37 mərtəbəli, 450 milyon manatlıq ofis-obyekt tikmək qərarı ilə yaddaşlara yazıldı. İndiki vəziyyətdə qızıldan, briliyantdan tikilən bina bizə lazım deyildii axı. Şəxsən bizə, xalqa da lazım deyil. Bəlkə deputatlara lazımdır? Lazımdırsa desinlər, lazımdır. Pepperoni pizza

Qarabağın bərpası üçün yüz milyardlar lazımdır. Bizə bu israfçılıq lazım idi? “YAŞAT” Fonduna, Koronavirusla Mübarizəyə Dəstək Fonduna, Qarabağın Dirçəlişi Fonduna, Silahlı Qüvvələr Yardım Fonduna və digərlərinə pul istəyirik, kasıb-kusubun əmək haqqından tutub ora köçürürük, bunlar da yarım milyard manata özlərinə bina tikirlər. Bunu nə yer götürər, nə də göy!

Böyük bina tikməklə bizə varlı deyəcəklər?! Azərbaycanda ifrat dərəcədə kasıb yaşayan insanlar var. Mən getdiyim yerlərdə az qala acından ölən insanlar gördüm! Müxtəlif yerlərə -görüşlərə gedirəm, orda yaxasını dartıb cıran, əlacsız, kömək istəyən minlərlə insan görürəm!

Kasıb insanlar təzə tikilən binanı görəndən sonra varlı yaşayacaqlar?! Dövlət idarələrinə çoxmərtəbəli, təmtəraqlı binalar tikiləndə, insanlarımız yaxşı yaşayacaq?! O boyda pulu bir binanın tikintisinə sərf etmək bu ölkənin harasına yaraşırdı?

Nədir-nədir, xaricilər gələcək, şəkil çəkdirəcəklər ki, Azərbaycan Dubaya bənzəyir. Ölkəmizin nüfuzu qalxacaq. Belə əsaslandırırlar, yalan hipotezalar qururlar, sui-istifadə edirlər və bununla da ölkənin Birinci şəxsini də zərbə altına qoyurlar. Mənə Dubaya bənzəyən Azərbaycan, Nyu-Yorka bənzəyən Azərbaycan, Moskvaya bənzəyən Azərbaycan, Tokioya bənzəyən şəhər yox, insanın bərabər, xoşbəxt, ləyaqətli yaşadığı Azərbaycan lazımdır.

Azərbaycan manatının ölməsi, maliyyə sisteminin çökməsində də günahkarlardan biri kimi Elman Rüstəmovu görürəm. Vətəndaşların onilliklərlə dişi-dırnağı ilə yığdığı pulları qiymətsizləşdi, birdən-birə insanlar iki-üç dəfə kasıblaşdı. Gərək o zaman istefa verəydi. Azərbaycanın yüksək vəzifəli şəxslərinin bank yaradıb dövlət büdcəsini, ayrılan pulları onlar vasitəsilə silməyə şəraiti kim yaradıb? Kim buna görə məsuliyyətə cəlb edilib? Bu suallar açıq qalır”.

R.Nurullayev qeyd edib ki, bu fikirləri Milli Məclisin dünən keçirilən iclasında səsləndirmək istəyirmiş, lakin ona çıxış üçün söz verilməyib. 
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!