Mərkəzi Bankın sədri Elman Rüstəmov “AtaBank”da yaranan maliyyə problemləri ilə bağlı məlumatı təsdiqləyib.
“Yeni Sabah” xəbər verir ki, haaqqın.az-a açıqlamasında Elman Rüstəmov bankın gələcəyi ilə bağlı qərarı Maliyyə Sabitliyi Şurasının müəyyən edəcəyini bildirib.
“Biz bankda likvidlik və maliyyə sabitliyi ilə bağlı ciddi problemlərin aşkarlandığı üçün geniş audit keçirdik. Konkret təkliflər hazırlamışıq və onları Maliyyə Sabitliyi Şurasına göndərəcəyik. Şura "AtaBank"la bağlı qərar verəcək, ancaq ən qısa müddətdə qəbul edilməsini istəyirik", - AMB sədri deyib. Pepperoni pizza
Xatırladaq ki, hazırda bank müştərilərə əmanət kimi yerləşdirilən kiçik məbləğləri belə qaytara bilmir.
Telegram kanalımız