Elmar Məmmədyarov xorvatiyalı həmkarı ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Elmar Məmmədyarov xorvatiyalı həmkarı ilə görüşdü

Siyasət

25 Sentyabr 2019 20:44 894


Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın Xarici İşlər naziri Qordan Qrliç Radman ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, nazir Elmar Məmmədyarov xorvatiyalı həmkarını Xarici İşlər naziri təyinatı ilə bağlı təbrik etdi.

Tərəflər Azərbaycan-Xorvatiya əlaqələrinin cari vəziyyəti, o cümlədən iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahədə əməkdaşlığa dair fikir mübadiləsi apardılar. İki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olundu. Marqarita pizza

Ölkələr arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulandı və nazir Elmar Məmmədyarov həmkarını Azərbaycana səfər etməyə dəvət etdi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!