Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama

Siyasət

04 May 2024 23:15 1138


Sosial şəbəkələrdə sabiq xarici işlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulduğu iddia edilir. Qadağanın onun nazir vəzifəsindən azad olunduqdan sonra qoyulduğu bildirilir.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan sabiq nazir Elmar Məmmədyarov xəbəri təkzib edib.

O, son dəfə 1 ay öncə xarici ölkəyə səfər etdiyini bildirib: Pepperoni pizza

“Yazılanların hamısı yalandır. Vəzifədən azad olunduqdan sonra dəfələrlə xarici ölkələrə getmişəm və heç bir problemlə üzləşməmişəm. Yazılanlara inanmayın, əsasssızdır. Düzdür, əvvəl pandemiyaya görə heç bir ölkəyə getmək olmurdu, amma sonralar yollar açıldı deyə rahat gedib-gələ bildim. Sonuncu dəfə 1 ay əvvəl xanımımla bərabər Yaponiyaya azərbaycanlı dostumun qızının toyuna getmişdim. Nədənsə, əksəriyyət sosial şəbəkələrdə insanları şərh yazıb, tənqid etməyə çalışır. Mənim heç kimlə işim yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!